AZ

Rəşt Şəhər Şurasının üzvündən İsrailə ŞOK ÇAĞIRIŞ: “Pezeşkianı da ÖLDÜRÜN”

Məsud Pezişkiyanın İranın Astara şəhərində türkcə çıxışı ölkədə böyük rezonans doğurub. Prezidentin ana dilində çıxış etməsi bəzi radikal mühafizəkar dairələrin ciddi narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, Rəşt Şəhər Şurasının üzvü, radikal mövqeləri ilə tanınan Rza Aşəri, şəxsi “Instagram” hesabında açıq şəkildə İsrailə çağırış edərək, Pezişkiyanın fiziki məhvini istəyib. O, paylaşımında bu cür ifadələrə yer verib:

“İsrail, zəhmət olmasa bir yaxşılıq elə. Bizim bir prezidentimizi, şəhid Rəisini öldürdün. Bu yenisi ondan da inqilabçıdır. Səndən xahiş edirik, bunu da şəhid et. Üzünə bax, şəhid olmaq üçün yaradılıb.”

Bu çağırış həm siyasi, həm də hüquqi müstəvidə ciddi narahatlıq doğurub. Ekspertlər hesab edir ki, belə bir paylaşım İran qanunvericiliyinə zidd olmaqla yanaşı, dövlət başçısına qarşı zorakılığı təşviq etmək kimi qiymətləndirilə bilər.

Rza Aşərinin reaksiyasının kökündə Pezişkiyanın Astara kimi türklərin yaşadığı bölgədə Azərbaycan türkcəsində danışması dayanır. Sosial şəbəkələrdə geniş yayılmış bu çıxış, ölkədə ana dilində ifadə azadlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr