AZ

PSJ "Real"ı darmadağın etdi - finalda “Çelsi” ilə qarşılaşacaq

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLife" stadionunda keçirilən klublarası dünya çempionatının yarımfinalında PSJ ilə Madrid "Real"ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşü polşalı referi Şimon Marçinyak idarə edib.

Paris təmsilçisi görüşə sürətli başlayaraq ilk hissədə rəqibini darmadağın edib. 6-cı dəqiqədə Fabian Ruis hesabı açıb, 9-cu dəqiqədə isə Usman Dembele fərqi iki topa çatdırıb. Oyunun 24-cü dəqiqəsində Fabian Ruis dubla imza ataraq PSJ-ni fasiləyə 3:0 hesablı üstünlüklə yollayıb. Qarşılaşmada yekun nəticəni isə 87-ci dəqiqədə əvəzlənərək meydana daxil olan Qonçalu Ramuş müəyyənləşdirib – 4:0.

Bu nəticə ilə PSJ 13 iyulda keçiriləcək klublarası dünya çempionatının finalına yüksəlib. Parislilər həlledici qarşılaşmada İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. "Real" isə turnirdə mübarizəni dayandırıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr