AZ

Ərdoğan şənbə günü xalqa tarixi müraciət edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü tarixi çıxış edəcək.

Teleqraf xəbər verir ki, bu barədə hakim AK Partiyanın sözçüsü Ömər Çəlik bildirib.

O, vətəndaşları prezidentin çıxışını dinləməyə dəvət edib.

Çelik Türkiyədəki bütün təhlükəsizlik bölmələrinin demokratiyanı və cümhuriyyəti qorumaq vəzifəsi daşıdığını xatırladıb:

"Bunun nəticəsidir ki, ölkədə terror təşkilatının ləğvinin reallaşa biləcəyi bir mühit yaradılıb. Xarici güclər terror təşkilatlarından öz məqsədləri üçün istifadə edirlər. Terror təşkilatı daxilində tərksilah prosesi proqnozlaşdırıldığı kimi gedir. Terrorsuz Türkiyə Türkiyə Cümhuriyyətinin dövlət layihəsidir. Türkiyə Böyük Millət Məclisində tərksilah prosesinin təfərrüatını müzakirə etmək üçün komissiya yaradılması planlaşdırılır. Biz bu prosesi “Bir Vətən, bir millət, bir dövlət, bir bayraq” prinsipi ilə həyata keçiririk"

Seçilən
67
50
teleqraf.com

10Mənbələr