AZ

FIFA Klub Dünya Kuboku: PSJ darmadağınla finalda!

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, bu gecə yarımfinal mərhələsinə yekun vurulub.

Finala vəsiqə uğrunda sonuncu qarşılaşma İspaniya nəhəngi “Real”la Fransa çempionu PSJ arasında baş tutub. Oyun Paris klubunun möhtəşəm qələbəsiylə yekunlaşıb. Nyu-Cersi ştatında yerləşən “Metlayf” arenasında keçirilmiş qarşılaşmada Fransa çempionu Madrid nəhəngini 4 cavabsız qolla darmadağın edib. Paris təmsilçisinin qollarını dubla imza atmış Fabian Ruis, eləcə də Usman Dembele və Qansalo Ramos vurublar.

Xatırladaq ki, daha öncə İngiltərə təmsilçisi “Çelsi” də Braziliyanın “Fluminense” komandasını 2:0 hesabıyla məğlub edərək finala yüksəlmişdi.

Beləliklə, finalda PSJ və “Çelsi” üz-üzə gələcəklər. Həlledici görüş iyulun 13-də baş tutacaq.

FIFA Klub Dünya Kuboku
Yarımfinal
9 iyul

PSJ (Fransa) – Real (İspaniya) 4:0
Qollar: Fabian Ruis, 6; 24. Usman Dembele, 9. Qonsalo Ramos, 87.

Seçilən
29
arena.az

1Mənbələr