AZ

Klublararası DÇ: PSJ "Real"ı məğlub edərək finala yüksəldi

Bu gün klublararası dünya çempionatında ikinci finalçı məlum olub.

Operativ Media xəbər verir ki, yarımfinalda PSJ Madrid “Real”ı ilə üz-üzə gəlib. Paris təmsilçisi görüşdən 4:0 hesablı qələbə ilə ayrılaraq adını finala yazdırmağı bacarıb.

Qeyd edək ki, PSJ finalda "Çelsi" ilə qarşılaşacaq. Matç iyulun 13-ü saat 23:00-da baş tutacaq.

FIFA klublararası dünya çempionatı

Yarımfinal

9 iyul

23:00 PSJ – "Real" 4:0

Qollar: F. Ruiz, 6, 24, O.Dembele, 9, G.Ramos,87

Seçilən
41
operativmedia.az

1Mənbələr