AZ

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb (FOTO)

Bakı. Trend:

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalqsəyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində ilkolaraq Füzuliyə gəliblər.

Trend xəbər verirki, səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.Qonaqlara Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyidağıntılarla bağlı məlumat verilib.

Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpaişlərinin gedişi barədə ətraflı məlumat verilib.

15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi,amerikalı Charles Veley rəhbərlik edir.

Heyət 3 gün ərzində avtomobil yolu iləFüzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayılxətti üzrə hərəkət etməyi planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism”çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişiüçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzində dünyanınəsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və ŞərqiZəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.

Dünya
Dünya
Dünya
Dünya
Dünya
Seçilən
63
28
az.trend.az

10Mənbələr