AZ

PSJ "Real"ı darmadağın edərək finala yüksəldi - VİDEO

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
 
Moderator.az xəbər verir ki, finala gedən yolda Fransanın PSJ klubu ilə İspaniyanın “Real Madrid” komandası üz-üzə gəlib.
 
İst Raterford şəhərində yerləşən “MetLayf” stadionunda təşkil olunan qarşılaşma PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Fransa klubu həlledici matçda İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Final oyunu iyulun 13-də keçiriləcək.
Seçilən
41
4
moderator.az

6Mənbələr