AZ

NASA-ya yeni rəhbər təyin olunub

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin nəqliyyat naziri Şon DaffiniNASA-ya (Milli Aeronavtika və Kosmos İdarəsi - red.) müvvəqqətibaşçı təyin edib.

Trend xəbər verirki, bu haqda Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə hesabındayazıb.

“Şon ölkəmizin nəqliyyat məsələləri ilə bağlı, o cümlədən,müasir hava nəqliyyatının idarə olunması sistemlərinin yaradılması,eyni zamanda, bizim yolların və körpülərin bərpasında nəhəng işlərgörür, onları daha effektiv və daha gözəl şəkildə yerinə yetirir.Qısa müddətə olsa belə, o, daha vacib olan Kosmik agentliyinmöhtəşəm rəhbəri olacaq”, - deyə Tramp yazıb.

Bundan bir müddət əvvəl "Politico" nəşri NASA-da yaxın zamandakütləvi istefaların gözlənildiyi, 2000-dən çox işçinin agentliyinsıralarını tərk edəcəyi ilə bağlı xəbər yaymışdı.

Məqalədə:
Seçilən
51
2
az.trend.az

3Mənbələr