AZ

Şəkidə 50 yaşlı kişi bıçaqlanıb

ŞƏKİ, 10 iyul. TELEQRAF

Şəkidə 50 yaşlı kişi bıçaqlanıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayonunun Kiçik Dəhnə kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Rəhman Abdulkərimov mübahisə zəminində qohumu, 50 yaşlı Bəşir İlyazova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə R. Abdulkərimov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar aparılır.

Seçilən
17
1
teleqraf.com

7Mənbələr