AZ

Göygöldə "TIR" körpüyə çırpıldı - FOTO

GÖYGÖL, 10 iyul. TELEQRAF

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Yük maşınının sürücüsü idarəetməni itirib və maşın ərazidəki körpüyə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Seçilən
142
teleqraf.com

1Mənbələr