ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlarla bağlı layihəsi çərçivəsində 27 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin sosial sifarişləri əsasında yaradılan həmin mərkəzlər Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Füzuli, Kürdəmir, Gəncə, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Mingəçevir, Naftalan, Oğuz, Sabirabad, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yardımlı, Yevlax, Zaqatala və Zərdab rayonlarını əhatə edir.
Yeni fəaliyyətə başlayan mərkəzlərdə əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Həmin xidmətlər çərçivəsində uşaqlarla fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilir, həmçinin onların sosial ünsiyyət və özünəqulluq bacarıqları inkişaf etdirilir.
Layihənin məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Layihə çərçivəsində ümumilikdə əlilliyi olan 1400-dək uşağa xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.