AZ

Filippinli səyyah Şuşanın bərpasına heyran qalıb

Şuşa. Trend:

Qarabağ inanılmaz dərəcədə gözəldir. Onun dağların zirvəzindəyerləşməsi heyranedicidir, qalanın bərpası və ətraf əraziləringörünüşü məndə dərin təəssürat yaratdı.

Trend xəbər verirki, bunu filippinli səyyah Rey Dominqo Tanatan Şuşa şəhərinə səfəriçərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Meydanı da bərpa edə bilmələri möhtəşəmdir. Bu yer, həqiqədən,çox gözəldir”, - deyə o bildirib.

Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfərçərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olansəyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyiplanlaşdırır: Füzuli — Xocavənd — Şuşa — Xankəndi — Xocalı — Ağdam— Kəlbəcər — Laçın — Zəngilan — Cəbrayıl.

Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin“qara turizm” (dark tourism) çərçivəsində aparılan genişmiqyaslıbərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd ilərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizmklublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarətediblər.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr