Bakı. Trend:
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığıdavam etdirməsi İranın nüvə proqramı qarşısında agentliyin ikilistandartları düzəltməsi ilə şərtlənib.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Avropaİttifaqı Şurasının prezidenti Antonio Koşta ilə telefon söhbətindədeyib.
Onun sözlərinə görə, İran dialoq, diplomatiya, qarşılıqlı hörmətvə beynəlxalq hüquq çərçivələrinə sadiq qalmaqdadır. İranparlamentinin İranın AEBA ilə əməkdaşlığını dayandırmasına dair sonqanunu qəbul etməsi agentliyin baş direktoru Rafael Qrossininqeyri-peşəkar və qərəzli standartlarına reaksiyadır.
İran prezidenti deyib ki, hesabatların təqdim olunmasındaqərəzsizlik prinsipinə riayət olunmaması, İranın nüvə mərkəzlərinəaçıq-aşkar hücuma göz yumulması, beynəlxalq qanunların pozulmasıqarşısında sükut edilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinimicinə şübhə yaradır. Təbii ki, Atom Enerjisi üzrə BeynəlxalqAgentlik kimi beynəlxalq dairələrdə üzvlük qarşısında ölkələringözləntilərindən biri balanslı şəkildə dəstəklənməsidir. Beləolmadığı halda, bu dairələrdə üzvlük və yaxud qeyri-üzvlüyün heçbir dəyəri yoxdur.
Telefon söhbətində Avropa İttifaqı Şurasının prezidenti AntonioKoşta da Avropa İttifaqının mövcud məsələlərin həlli üçündiplomatik həll yollarının tapılması və İranla əməkdaşlığın inkişafetdiirilməsinə maraq göstərdiyini qeyd edib.
Koşta bildirib ki, beynəlxalq təşkilatlar istənilən ikilistandartlardan çəkinməlidirlər. Avropa İttifaqı əməkdaşlıq vədialoq üçün tam hazırlığa malikdir.
Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.