Yəmənin Ənsar Allah hərəkatının husiləri Təl-Əvivin Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Səriya məlumat verib.
“Yəmən raket qüvvələri yüksək səviyyəli hərbi əməliyyat keçirərək Zülfiqar ballistik raketi ilə Tel-Əvivin Ben Qurion hava limanına hücum edib”.
Hərəkatın sözçüsü Husilərə məxsus Al Masirah telekanalında “Əməliyyat öz məqsədinə çatdı” dedi.