FİFA-nın Nizam-İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.
Söhbət müdafiəçilər Uilyam Paço ilə Lukas Ernandesdən gedir. Klublararası Dünya Çempionatının 1/4 finalının “Bavariya” ilə oyununda (2:0) qırmızı vərəqə alan futbolçular 2 oyunluq cəzalanıblar.
Bu isə o deməkdi ki, onlar PSJ-nin “Real”la keçirilən yarımfinal matçını və komanda finala çıxsa, həlledici oyunu da buraxacaqlar.
Klubun yaydığı açıqlamada hər iki oyunçunun iyulun 9-da komandanın düşərgəsini tərk etdiyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta