AZ

Daha iki tibb müəssisəsində elektron növbə sistemi qurulub

Bakı. Trend:

Regionlarda səhiyyə infrastrukturunun müasirləşdirilməsi vəvətəndaş məmnuniyyətinin artırılması istiqamətində TƏBİB-in atdığımühüm addımlardan biri də elektron növbə sisteminin geniştətbiqidir.

Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, elektron növbə sistemi artıq bir çox rayon vəşəhər xəstəxanalarında tətbiq olunmağa başlanılıb və mərhələlişəkildə bütün tabeli tibb müəssisələrini əhatə edəcək. Bu da regionsakinlərinin operativ, şəffaf və keyfiyyətli tibbi xidmətə çıxışınıdaha da asanlaşdıracaq.

Mərhələli şəkildə icra olunan bu proses daha iki tibbmüəssisəsində - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında və BərdəRayon Mərkəzi Xəstəxanasında tam yekunlaşıb.

Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbixidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəbiləcəklər.

Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbulzamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlarvaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbixidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarınınquraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək,növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibbmüəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kəndvə qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbixidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkiliəhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdanfaydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün dahaəlçatan olmasına şərait yaradır.

Məlumat üçün bildirək ki, artıq ölkə üzrə 20-dən çox tibbmüəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektronnövbə sistemi tam işlək vəziyyətə gətirilib.

Məqalədə:
Seçilən
92
14
az.trend.az

10Mənbələr