AZ

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

Böyük Britaniyanın London Universitet Kollecinin (UCL) professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, sözügedən təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyalarının yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub.

Elmi-praktik təlimdə Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Tibb Universiteti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.

 

 

 

 

 

Seçilən
26
9
tehsil.biz

10Mənbələr