AZ

«MFX Trading»də əməliyyatların həcmi və sayı azalıb - RƏQƏMLƏR

2025-ci ilin ilk altı ayı “MFX Trading İnvestisiya Şirkəti” üçün ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma ilə yadda qalıb. Şirkətin həm əməliyyat dövriyyəsi, həm də ümumi əməliyyat sayı nəzərəçarpacaq dərəcədə azalıb.

«PSG Kapital»ın dövlət istiqrazlarında əməliyyat həcmi 80%-ə yaxın azalıb - RƏQƏMLƏR

FED.az xəbər verir ki, ARMB qiymətli kağızları üzrə dövriyyə 2024-cü ilin ilk yarısında 15,9 milyon manat olduğu halda, 2025-ci ildə bu göstərici 14,7 milyon manata enib. Bu da 1,2 milyon manatlıq azalma ilə yanaşı təxminən 7,6%-lik geriləmə deməkdir.

Repo bazarında isə daha ciddi eniş baş verib. Şirkət bu seqmentdə 2024-cü ildə 139,6 milyon manatlıq əməliyyat həyata keçirmişdi. 2025-ci ildə isə bu rəqəm 72,2 milyon manata düşüb. Bu, 67,4 milyon manatlıq azalma ilə yanaşı təxminən 48,3%-lik azalma deməkdir.

Ümumilikdə, şirkətin bütün bazarlar üzrə əməliyyat dövriyyəsi 2024-cü ilin eyni dövründə 171 milyon manat olduğu halda, 2025-ci ilin ilk yarısında bu rəqəm 120,3 milyon manata enib. Yəni 50,7 milyon manatlıq və ya təxminən 29,6%-lik azalma qeydə alınıb.

Əməliyyatların sayı baxımından da şirkət ötən ildəkindən daha passiv olub. 2024-cü ildə 85 əməliyyat aparılmışdısa, bu il həmin göstərici 38-ə düşüb. Bu isə 47 vahidlik və ya təxminən 55%-lik azalma ilə nəticələnib.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
36
fed.az

1Mənbələr