“Şükür, yaxşıyam. Yavaş-yavaş düzəlirəm. Hələ ki bərpa prosesindəyəm”.
Bu sözləri Ölkə.az-a açıqlamasında aktyor Vüsal Murtuzəliyev deyib.
“Həkim yoxlanışı olacaq. Bəzi dərmanları qəbul edirəm. Evdə müalicəni davam etdirirəm. Dublyajlarım, çəkilişlərim var. Artıq ayın sonu işə başlayacağam”, - deyə o bildirib.
Xatırladaq ki, Vüsal Murtuzəliyev iyunun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.
Həmidə İbrahimova