AZ

Mədə-bağırsağı pozan 6 əsas qida vərdişi – Bunları yeyib sağalın!

Ölkə.Az xəbər verir ki, qastroenteroloq Şota Kalandiya düzgün qidalanmamanın bağırsaq sağlamlığına necə ziyan vurduğunu izah edib:

Lif çatışmazlığı – Bağırsaqların normal işləməsi üçün lif vacibdir. Əgər yetərincə lif qəbul etmirsinizsə, qəbizlik və digər narahatlıqlar yarana bilər.

Az su içmək – Gün ərzində az su içmək həzmi çətinləşdirir və bədəni susuzlaşdırır.

Yağlı və qızardılmış yeməklər – Bu cür qidalar ağır həzm olunur, bağırsaqlarda iltihab yarada bilər və xora, kolit kimi xəstəliklərə səbəb ola bilər.

Şəkər və təmizlənmiş karbohidratlar – Bu maddələr bağırsaq mikroblarının tarazlığını pozur, pis bakteriyaların artmasına səbəb olur. Nəticədə köp, disbakterioz və qıcıqlanmış bağırsaq sindromu yaranır.

Alkoqol və kofein – Bağırsaq selikli qişasını qıcıqlandırır, iltihab riskini artırır.

Süni qatqılar – Konservantlar, boyalar və dad gücləndiriciləri olan məhsullar bağırsağa zərərlidir.

Bağırsaq sağlamlığını qorumaq üçün:

  • Balanslı və təbii qidalanın
  • Kifayət qədər su için
  • Rasionunuza prebiotik və probiotikləri daxil edin

Prebiotik nədir?

Prebiotiklər — bağırsağımızdakı yaxşı bakteriyaların qidalandığı maddələrdir.
Yəni bu maddələr onların çoxalmasına və sağlam qalmasına kömək edir.

Hansı qidalarda var?

  • Bananda
  • Soğanda
  • Sarımsaqda
  • Yulafda
  • Çovdarda
  • Əriyin qabığında
  • Yer kökündə

Probiotik nədir?
Probiotiklər — özləri yaxşı bakteriyalardır.
Bağırsaq florasını gücləndirir, həzmi yaxşılaşdırır və immuniteti möhkəmləndirir.

Hansı qidalarda var?

  • Qatıq
  • Kefir
  • Turş kələm
  • Kombuça
  • Ayran
  • Pendirin bəzi növləri
Seçilən
48
9
olke.az

10Mənbələr