AZ

Qırmızı bülletenlə axtarılan narkobaron həbs olundu

İstanbulda keçirilən “Qəfəs-19” əməliyyatı zamanı İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan narkotik maliyyəçisi, mütəşəkkil cinayətkar qruplaşma üzvü Muhuannad Aloqlah yaxalanıb.

Publika.az xəbər verir ki, interpolun qırmızı bülleteni verdiyi xarici ölkə vətəndaşı Muhuannad Aloqlahın İstanbulun Esenler şəhərində qaldığı müəyyən edilib.

İstanbul Narkotik Cinayətlərlə Mübarizə, Kəşfiyyat və Mühacir Qaçaqmalçılığı və Sərhəd Qapıları Şöbə Müdirlikləri birlikdə “Qəfəs-19” əməliyyatı həyata keçirib.

Əməliyyat zamanı narkotik maliyyəçi və mütəşəkkil cinayətkar qrup üzvü Muhuannad Aloqlah tutularaq saxlanılıb.

Bununla bağlı daxili işlər naziri Ali Yerlikaya açıqlama varib:

"Gələcəyimizi zəhərləməyə çalışan narkotik tacirləri, terror təşkilatları, mühacir qaçaqmalçıları və mütəşəkkil cinayət təşkilatları ilə mübarizəmiz qətiyyət və əzmlə davam edəcək. Əməliyyatı təşkil edən qəhrəman polislərimizi təbrik edirəm".

Seçilən
286
10
publika.az

2Mənbələr