AZ

Küçədə tanışını bıçaqlayan gənc cəzadan azad edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə M.Əmirxanovun hadisəni törədərkən anlamsız olması qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə ötən il oktyabrın 13-də Bakının Suraxanı rayonunda baş verib. 1987-ci il təvəllüdlü Səid Əhmədov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanov saxlanılıb. Araşdırmalarla M.Əmirxanovun şəxsi münaqişə zəminində Səid Əhmədova bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
oxu.az

3Mənbələr