Bakı. Trend:
Çinin "CRRC Changchun Railway Vehicles" şirkəti 600 km/saatsürət yığa bilən yeni nəsil maqnit yastıqlı (maglev) superqatarınprototipini təqdim edib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeni qatar misilsiz effektivliyə, yüksəktəhlükəsizlik səviyyəsinə, ətraf mühitə zərərsizliyə və enerjiqənaətinə malikdir.
Qeyd edilir ki, Çin bu sahədə artıq böyük təcrübəyə malikdir.Hələ 2004-cü ildən etibarən Şanxayla "Pudun" beynəlxalq havalimanını birləşdirən kommersiya maglev xətti fəaliyyət göstərir. Buxətt üzərində işləyən qatarlar maksimum 430 km/saat sürətəçatır.