AZ

İmmobile A Seriyaya qayıtdı

İtaliyanın milli komandasının sabiq üzvü Çiro İmmobile karyerasını yenidən A Seriyada davam etdirəcək. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya Kubokunun son qalibi “Bolonya”nın mətbuat xidməti məlumat yayıb.

 35 yaşlı hücumçu “Beşiktaş”ı azad agent statusunda tərk edib və “Bolonya” ilə bir illik müqavilə imzalayıb.

Təcrübəli forvard ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirib. İstanbul təmsilçisinin heyətində 30 Superliq oyununa çıxan İmmobile 15 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, İmmobilenin son çıxış etdiyi A Seriya klubu “Latsio” olub. O, hazırda A Seriya tarixində aktiv futbolçular arasında ən çox qol vuran oyunçudur — 201 qolla. Ümumi siyahıda isə səkkizinci yerdə qərarlaşıb və əfsanəvi Roberto Bakkodan cəmi 4 qol geri qalır.

Seçilən
173
90deqiqe.az

1Mənbələr