Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, hazırda PUA-nın hissələrinin düşdüyü yerdə xüsusi xidmətlərin əməkdaşları işləyir.
Moskva meri son dörd saat ərzində paytaxta uçan ümumilikdə dörd PUA-nın məhv edildiyini də vurğulayıb.