ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, hazırda PUA-nın hissələrinin düşdüyü yerdə xüsusi xidmətlərin əməkdaşları işləyir.
Moskva meri son dörd saat ərzində paytaxta uçan ümumilikdə dörd PUA-nın məhv edildiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi -Rosaviasiya Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.