AZ

Güney Azərbaycanlı siyasi fəal Mürtəza Həqir İntizar haqqında 15 gündür ki, məlumat yoxdur

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Güney Azərbaycan əsilli siyasi fəal Mürtəza Həqir İntizar son 15 gündür ki, təhlükəsizlik orqanlarının nəzarətindədir və onun taleyi ilə bağlı heç bir məlumat yoxdur.

İsrail ilə İran arasındakı hərbi gərginliyin bitməsi ərəfəsində saxlanılan fəala qarşı “rejim əleyhinə təbliğat” və “İsraillə əməkdaşlıq” ittihamları irəli sürülüb.

Siyasi fəalın yaxınlarının verdiyi məlumata görə, o, həbs olunduqdan sonra naməlum yerə aparılıb və o vaxtdan bəri ailəsi ilə əlaqə saxlanılmayıb və onun fiziki və hüquqi vəziyyəti ilə bağlı məlumat verilməyib.

Ailəsinin bildirdiyinə görə, onlar dəfələtlə məsul qurumlara sorğu göndərsələr də onların müraciətləri cavabsız qalıb.

Bu durum adam qaçırmanın bariz nümunəsidir və İran hökumətinin məhbusların və onların ailələrinin hüquqlarına dair insan haqları öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Gunaz.tv

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
icma.az

1Mənbələr