AZ

Şəmkirdə bina yanır Sakinlər təxliyə edildi

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəmkirdə ikimərtəbəli yaşayış evi yanır, sakinlər təxliyə edilib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb. Rayonda yerləşən ikimərtəbəli yaşayış binasında anidən yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir. Bina sakinləri təxliyə edilib. Əraziyə adiyyatı qrumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
unikal.az

1Mənbələr