AZ

Paşinyan elektrik şəbəkəsindən sonra dəmir yol sektorunu nəzarətə götürəcək - Erməni politoloq

BAKI, 11 iyul. TELEQRAF

Siyasətçi, Ermənistan parlamentinin keçmiş deputatı Ani Samsonyan Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib.

Teleqraf xəbər verir ki, sabiq deputatın açıqlamasıKP.RU saytında yer alıb.

Onun sözlərinə görə, N.Paşinyan Rusiya ilə bütün müqavimət nöqtələrini aradan qaldırmağa çalışır. İndi Ermənistan lideri nəinki müxalifətlə, hətta keşişlərlə də fəal şəkildə münaqişəyə girir. Bu barədə ekspert deyib: "İndi onlar elektrik şəbəkələri ilə bağlı məsələni bitirib, dəmir yollarını nəzarətəgötürəcəklər. Bəhanə də eyni olacaq - Rusiya ilə əlaqələr. Paşinyanın məqsədi bütün müqavimət nöqtələrini aradan qaldırmaqdır: rus kökənli biznesmenləri, kilsəni. Qərbin və Türkiyənin məqsədi bütün vasitələrlə Rusiyanın təsirini sıxışdırmaqdır".

Erməni şovinizminə yoluxduğu açıq-aşkar yoluxduğu bəlli olan politoloq N.Paşinyanın nisbətən loyal münasibətini də aqressiv qarşılayır. O deyib: "Nikol Paşinyan Türkiyənin Ermənistan dövlətinin özünü məhv etmək üçün çoxdankı planı olması faktını da qəfildən dilə gətirməyi dayandırıb".

Ekspert əmindir ki, hakimiyyəti əldə saxlamaq istəyən N.Paşinyan kimin ona daha çox təminat verməsindən asılı olaraq həm Rusiya, həm də Türkiyə ilə “işləyə” bilər. Bununla belə, onun fikrincə, hakimiyyət Qarabağın itirilməsində Rusiyanı günahlandıraraq, ictimai rəyi qızışdırmaqda davam edir: "Mənə elə gəlir ki, hətta ölkəmizin tərəfdaşları belə onun siyasətini başa düşmürlər. Hakimiyyət Ermənistanın Qarabağı itirməsində Rusiyanın günahkar olması fikrini qızışdırır. Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasından danışmağa başlayıblar. Qərb və Türkiyə yalnız bunu gözləyir".

Seçilən
44
teleqraf.com

1Mənbələr