AZ

Argentinalı pilotlar 24 saatlıq tətil keçirəcək

BAKI, 11 iyul.TELEQRAF

Argentinanın kommersiya aviasiya pilotlarının həmkarlar ittifaqı iş şəraitinin pisləşməsi və prezident Xavyer Miley hökumətinin bu sektordakı siyasəti ilə əlaqədar iyulun 19-da 24 saatlıq tətil elan edib.

Teleqraf xəbər verir ki, ittifaqın bəyanatında belədeyilir.

Bütün sektorlardan olan pilotların tətili iyulun 19-da keçiriləcə və24 saat davam edəcək.

Birliyin məlumatına görə, aksiyanın keçirilməsi qərarı “kommersiya aviasiyasının üzləşdiyi böhranlı vəziyyət”lə əlaqədar qəbul edilib.

Etirazçılar hökuməti sektorun “məsuliyyətsizcəsinə tənzimləməsi”ndə, habelə iş şəraitinin və uçuşların təhlükəsizliyinin ciddi şəkildə pisləşməsində ittiham ediblər.

İyun ayında hökumət pilotlar üçün minimum istirahət saatlarının həftədə 36 saatdan 30 saata endirilməsi haqqında fərman verib. Sənəd pilotları əlavə 30 günlük məzuniyyətdən də məhrum edib. İndi onların minimum 15 günlük istirahət hüququ var.

Seçilən
119
teleqraf.com

1Mənbələr