AZ

Hindistanda ayı 3 nəfəri parçaladı

BAKI, 11 iyul. TELEQRAF

Hindistanın Madhya-Pradeş ştatında ayı bir qrup insana hücum edib.

Teleqraf “Deсcan Herald” nəşrinə istinadən xəbər verir ki, hadisə Milli Pələng Qoruğunun yaxınlığında baş verib.

Məlumata görə, səhər saatlarında Bastua kəndi yaxınlığındakı kolluqda baş verən hadisə zamanı 3 nəfər ölüb, 2 sakin yaralanıb. Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.

Qəzəblənən yerli sakinlər yırtıcı heyvanı dəyənəklərlə döyüblər.

Hadisə ilə bağlı Meşə Təsərrüfatı İdarəsi araşdırmalara başlayıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr