AZ

"Onlar dənizdə kompressor quyuları ilə rastlaşanda, ças-baş qalırlar ki..." - SOCAR-ın "yöndəmsiz kadr" seçimi ilə bağlı sensasion faktlar 

"Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında çox maraqlı məlumat paylaşıb.

Mia.az bu sensasion məlumatın aktuallığını nəzərə alaraq, onu oxuculara təqdim edir:

"Neftçi bizə yazır:

4) 4-cü dərəcəli neft qazçıxarma operatorunun vəzifə təlimatında isə yazılıb: O, daha yüksək ixtisasli operatorun rəhbərliyi altında sairə 
işlərdə iştirak etməlidir;

İndi isə gəlin bu istehsalat mənzərəsini təsəvvür edək: Deməli, bu vakansiya elana çıxdıqdan sonra idarənin hansısa sexində çalişan və müvafiq orta ixtisas təhsili olan bir işçi (məsələn: bir xərrat, bir dülgər və s) həmin vakansiyaya müraciət edir, nəzəri cəhətdən yaxşıca hazirlaşır və imtahan sullarını cavablandıraraq həmin vakansiyanın qalibi olur. Təbriklər! Əla, gözəl! Təyinat alir aidiyyətı sahəyə və vəzifə funksiyasini icra etməyə başlayır.
 
Burada bizim möhtərəm cənablara sual yaranır: 

İnsan Resursları Departamentində bəlkə də elə bilirlər neft-qaz çıxarma operatoru xarici şirkətlərdəki kimi oturur kompüter pultunun arxasında və kabinet şəraitində düymələrə basaraq işləyir? Xeyr!
 
Neft qaz çıxarma operatorları elə mürəkkəb və təhlükəli iş şəraitində işləyir ki, o barədə hec bir dəftər-kitabda və standartlarda yazılmayib. 

Bu, çox məsuliyyətli və xüsusi biliklər tələb edən peşədir, nəzərə alsaq ki, söhbət sutkalıq debiti 30-50-80 tonluq neft quyuları ilə işləməkdən gedir. Buna gorə də, bu işdə işləmək üçün peşə təcrübəsi mütləq olmalidir,  cənablar! Bu söhbət yenə də gəlir dəvəni eşşəyin quyruğuna bağlayan ərəbin misalına çıxir.
 
Yenə də özünüz bilərsiniz, neynirsiz edin. Onsuz da sizlərə qanun-qayda, təklif və s. ümumi işin xeyrinə olan sözlər dedikdə, siz onu başqa cür başa düşürsünüz. 

Samir MUSAYEV
MİA.AZ

Seçilən
153
1
mia.az

2Mənbələr