AZ

İsrailin zərbələri nəticəsində Qəzzada 24 saat ərzində 82 fələstinli həlak olub

İsrailin son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 82 nəfər həlak olub, onlarla insan yaralanıb.

Operativ Media xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində yemək üçün növbəyə durarkən baş verən hava hücumu nəticəsində doqquz uşaq və dörd qadın həyatını itirib. Hücum zamanı 19-u uşaq olmaqla 30 nəfər yaralanıb.

Seçilən
24
operativmedia.az

1Mənbələr