Dəniz yalnız istirahət və əyləncə yeri deyil, həm də əsrlər boyu insanların fiziki və ruhi sağlamlığı üçün təbii müalicə mənbəyi olmuşdur. Qədim yunanlar və romalılar dəniz suyunun sağaldıcı təsirinə inanaraq onu müalicə məqsədilə istifadə ediblər. Müasir dövrdə isə elm bu inancları təsdiqləyərək, dəniz suyunun tərkibindəki mineralların, duzun və təbii mikroelementlərin insan sağlamlığı üçün nə qədər faydalı olduğunu ortaya qoymuşdur.
Dəniz suyu həm bədən, həm də psixoloji sağlamlıq üçün çoxsaylı faydalara malikdir. Bəs dəniz suyunun sağlamlığa olan bu möcüzəvi təsiri nədən qaynaqlanır?
Ölkə.az dəniz suyunun elmi əsaslara söykənən əsas faydalarını təqdim edir:
1. Stressi və narahatlığı azaldır
Dəniz havası və suyu sinir sisteminə sakitləşdirici təsir edir.
Təbii mənzərə və dənizin səsi meditasiyaya bənzər rahatlıq hissi yaradır.
Dərini təmizləyir və sağaldır
Dəniz suyu təbii antiseptikdir — duz, maqnezium və digər minerallar sayəsində dəridəki:
Sızanaqları,
Egzema və psoriaz kimi dəri xəstəliklərini yüngülləşdirə bilər.
Açıq yaraların sağalmasına da kömək edir.
Əzələləri və oynaqları gücləndirir
Dənizdə üzmək bədəni təbii şəkildə məşq etdirir.
Ağır olmayan, lakin bütün bədəni işlədən bir fiziki fəaliyyətdir.
Reabilitasiya və ağrılı oynaq xəstəlikləri üçün uyğundur.
Tənəffüs yollarını təmizləyir
Dəniz havasında olan duz və mineral zənginliyi:
Sinusları açır,
Burun tutulmasını aradan qaldırır,
Astma və allergiyalar zamanı nəfəs almanı yüngülləşdirə bilər.
Minerallarla zəngindir
Dəniz suyu təbii olaraq maqnezium, kalium, kalsium və natrium ehtiva edir.
Bu maddələr bədən hüceyrələrinin balansını qorumağa və dərinin yenilənməsinə kömək edir.
İmmuniteti gücləndirir
Dəniz suyunda qısa müddətli çimmək orqanizmi daha dözümlü edir.
Soyuğa qarşı müqaviməti artırır və qan dövranını canlandırır.
Təbii detoks effekt verir
Dənizdə olmaq və hərəkət etmək bədəndə toksinlərin xaric olunmasını sürətləndirə bilər.
Tərləmə və aktiv hərəkət vasitəsilə orqanizm təmizlənir.
Həmidə İbrahimova