Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya ilə atəşkəs sazişi bağlandıqdan sonra "istəklilər koalisiyası" Ukraynanın hava və dəniz məkanında patrul edəcək...
Poliqon xəbər verir ki, o, bu barədə Londonda Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.
"Müdafiə nazirlərimizin gördüyü bütün işlər məhz 30 tərəfdaş ölkədən ibarət koalisiya təşkil etmək və Ukrayna ordusunun bərpasını təmin etmək üçün havada və dənizdə patrul xidməti həyata keçirməkdən ibarətdir", deyə Makron bildirib.
O, bunu Rusiyaya "strateji siqnal" adlandırıb.
Böyük Britaniyanın baş nazirinin ofisi bəyan edib ki, Ukraynada koalisiya kontingenti yerləşdirilərsə, Kiyevdə general-mayor rütbəli britaniyalı zabitin rəhbərliyi ilə koordinasiya mərkəzi yaradılacaq.
"İstəklilər koalisiyası" Böyük Britaniya və Fransanın təşəbbüsüdür və Ukraynada sülhün təminatçısı olmaq istəyən ölkələri birləşdirməli, o cümlədən atəşkəsdən sonra onun ərazisinə sülhməramlılar göndərməlidir. Cümə axşamı Londonda Fransa-Britaniya sammiti və koalisiyanın videokonfransı keçirilib, burada Kiyevə gələcək təchizat və dəstək məsələləri müzakirə olunub.
Poliqon.info