"Biz bütün hökumətləri, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bizə qoşulmağa və Ukraynanın gələcəyini dəstəkləməyə dəvət edirik", - deyə Mixal bildirib.
ERR-in məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Estoniya Ukraynanın bərpası üçün 42 milyon avrodan çox vəsait ayırıb. 2024-cü il ərzində isə Tallin Kiyevə əlavə olaraq 11 milyon avro göndərməyi planlaşdırır.
Hazırda, 10-11 iyul tarixlərində İtaliyanın paytaxtı Romada "URC 2025" - Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilir. Konfransda Avropa ölkələrinin hökumət, parlament və biznes nümayəndələri iştirak edir. Təşkilatçılar əsas mövzu kimi Ukraynadakı mülki infrastrukturun bərpasına yatırımların müzakirəsini önə çıxarsalar da, Avropa liderləri həmçinin Kiyevə hərbi dəstək məsələlərini də gündəmdə saxlayırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31