AZ

İsrail İran müharibəsi yenidən başlayacaqmı?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ mətbuatının yazdığına görə, İsrail və İran arasında müharibənin yenidən başlaması riskinin olduğunu göstərən dörd əlamət var.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin İrana hücumu ilə başlayan 12 günlük müharibədən sonra elan edilən atəşkəs davam edir. ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə kəskinləşən və İranın cavab tədbirləri ilə davam edən müharibədə atəşkəsə baxmayaraq , Tehran və Təl-Əviv arasında dərin strateji və nüvə gərginliyi həll olunmayıb.

ABŞ-ın “Newsweek” jurnalında dərc olunan xəbərə görə, dörd cari əlamət İsrail və İranın döyüşləri bərpa edə biləcəyini göstərir.

Hesabata görə, atəşkəs davam edərkən, həm İsrail, həm də İran yenidən silahlanma yolundadır. Middle East Eye-a danışan mənbələrə görə, İran İsrail tərəfindən zədələnmiş müdafiə sistemlərini bərpa etmək üçün Çin istehsalı olan yer-hava raket batareyaları alıb. İranın əsasən Rusiya tərəfindən təmin edilən hava hücumundan müdafiə sistemlərini modernləşdirmək üçün Çindən J-10 çoxməqsədli döyüş təyyarələri almaq niyyətində olduğu bildirilən bir vaxtda Çin Müdafiə Nazirliyi də bu təyyarələri “dost ölkələrə” tədarük edə biləcəyini açıqlayıb.

Bu arada, İsrail Livanda hava “patrulları” və zərbələrini yenidən artırdı, “mülki insanları qorumaq üçün” yeni daxili təhlükəsizlik bölmələri yaratdı və cəbhə qüvvələrini dəstəkləmək üçün ehtiyat qoşunlarını yenidən mobilləşdirdi. Bütün bu hadisələri İsrailin müdafiə naziri İsrael Katz da təsdiqləyib. 

Bu arada ABŞ son müharibədə zədələnmiş hərbi texnikanı əvəz etmək üçün silah tədarükünü artırıb, İsraili qabaqcıl dəqiqlikli döyüş sursatları və raketdən müdafiə sistemləri ilə təmin edib. 

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
50
icma.az

10Mənbələr