AZ

Gələn il "Ukraynanın bərpası konfransı" Tallində keçiriləcək

Beşinci "Ukraynanın bərpası konfransı"nın keçiriləcəyi vaxt və ölkə məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kristen Mixal məlumat verib.

O bildirib ki, konfrans 2027-ci ildə ölkəsinin paytaxtı Tallində keçiriləcək.

"Hökumətləri, biznesmenləri və vətəndaş cəmiyyəti nümayəndələrini bizə qoşulmağa və Ukraynanın gələcəyini dəstəkləməyə dəvət edirik", - deyə Baş nazir yerli dövlət televiziyasına açıqlamasında deyib.

Qeyd edək ki, IV konfrans iyulun 10-11-də Romada baş tutub.

Seçilən
203
teleqraf.com

1Mənbələr