AZ

Hər iki tərəfi sülh sazişinin imzalanmasına başlamağa çağırırıq Aİ

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə güclü dəstəyini ifadə edir. 

"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hipper deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı 2025-ci ilin martında Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi və dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların yekunlaşdırılmasını alqışlayıb. 

Diplomat Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında Əbu Dabidə keçirilən görüşü regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addım adlandırıb: "Biz hər iki tərəfi sülh sazişi layihəsinin imzalanmasına və ratifikasiyasına ən qısa zamanda başlamağa çağırırıq". 

O, Aİ-nin tərəflərin tələbi ilə əlavə dəstək və təcrübə verməyə hazır olduğunu vurğulayıb. 

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
unikal.az

1Mənbələr