Pakistanda silahlı şəxslər avtobusun ən azı 9 sərnişinini qaçıraraq öldürüblər.
Ölkə.az xəbər verir ki, bu barədə "The Express Tribune" məlumat yayıb.
Bildirilir ki, silahlı şəxslər avtobusu qaçırıb, sərnişinləri çıxarıb, şəxsiyyət vəsiqələrini yoxlayıb və onları güllələyiblər.
Yerli administrasiyanın məlumatına görə, cinayətkarlar Pakistanda terrorçu kimi tanınan “Fitnə-əl-Hindustan” təşkilatına aiddir. Qrup Hindistandan maliyyə alır və avtobusa hücumun baş verdiyi Bəlucistan əyalətində fəaliyyət göstərir.
Həmidə İbrahimova