Rusiyada ölkə vətəndaşlarının 6 %-i ötən həftənin vacib hadisəsi kimi Azərbaycanla münasibətlərin mürəkkəbləşməsini qeyd edib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu, "İctimai Rəy" Fondunun keçirdiyi sorğunun məlumatları sübut edir.
Bundan əlavə, respondentlərin 25 %-i "xüsusi hərbi əməliyyat" çərçivəsində müxtəlif istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin uğurlu hücumunu son həftənin vacib hadisəsi hesab edir.
Sorğu 2025-ci il iyulun 4-6-da Rusiyanın 51 regionunda 97 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondent arasında keçirilib.