AZ

Bakıya gələcək yeni avtobuslarla bağlı qeyri müəyyənlik Qiymətlər...

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

BakuBus MMC-nin yeni avtobuslar alacağı ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə bəzi suallar doğurub.

Turkustan.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadiyyatçı ekspert Asif İbrahimli bildirib ki, hər hansı bir dövlət hesabatının həyata keçirilməsi üçün BakuBus MMC hökumət tərəfindən təsis olunur və bu proseslər müəyyən mərhələlərdən keçir:

“Əvvəllər bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyəti baxırdı. Dövlət hesabatları həyata keçirilən zaman ümumi bir hesabat hazırlanır. Bir neçə tədarükçüdən qiymətlər alınır və ən azı 3 fərqli iqtisadçı ilə məsləhətləşdikdən sonra razılaşma aparılır. Söhbəti gedən avtobusların alışı həyata keçiriləcəksə, təyin olunan qiymətlər hələlik təxmini hesab olunur. Nəzərdə tutulan rəqəm yalnız danışıq aparılan təşkilat öz qiymətini təqdim etdikdən sonra məlum ola bilər”.

Ekspert yeni nəqliyyat vasitələrinin seçimində beynəlxalq standartlara uyğunluğun əsas götürüldüyünü bildirib:

“Sərnişin daşıma sahəsində yeni, müasir və beynəlxalq standartlar mövcuddur. Bu standartlara uyğun gələn avtobuslar Bakı şəhərinə uyğunlaşdırılmalıdır. Hacıqabulda istehsal ediləcəyi deyilən avtobusları biz hələ görməmişik. Nə formadadır, nə nümunəsi var. Ən azından etalon olmalıdır ki, ona baxaraq fikir bildirə bilək. Olmadığına görə də bu barədə danışmaq mümkün deyil. Mən də bu haqda eşitmişəm, məlumatlıyam, amma istehsal hələ başlamayıb, mən özüm görməmişəm”.

O, hazırda Bakıda istifadə olunan avtobusların idxal mənbələri barədə də məlumat verib:

“İlkin mərhələdə avtobuslar Fransadan gətirilmişdi, daha sonra isə Türkiyə, Gürcüstan və Çindən idxal edildi. Ümumilikdə 600-dən çox avtobus gətirildi. Qarajlarda avtobusların park olunması üçün yer kifayət etmirdi, əlavə qaraj istifadəyə verildi”.

Ekspert əlavə edib ki, bazarda rəqabətin artması xidmətin keyfiyyətini də yüksəldə bilər:

“Bazara yeni sahibkarların daxil olmasına daha çox şərait yaradılsa, yaxşı olar. Çünki rəqabət nə qədər çox olsa, keyfiyyət də bir o qədər artar”. /Yenisabah.az/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
6
icma.az

7Mənbələr