Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Traktor” Draqan Skoçiçin rəhbərliyi altında iyulun 7-dən etibarən yeni mövsüm üçün məşqlərə start verib.
“Football-plus.az” “Traktor”un mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda üzvləri mövsümöncəsi təlim-məşq toplanışı üçün dünən Türkiyənin Bolu şəhərindəki yaşayış düşərgəsinə daxil olublar və bu gün ilk məşqə çıxıblar. Məşqin əvvəlində futbolçularla bir neçə dəqiqə söhbət edən Skoçiç onlara yeni köməkçiləri kimi Mladen Ziqanirlə Sanel Kunjeviçi təqdim edib. Daha sonra futbolçular Hamidreza Jodkinin nəzarəti altında fiziki hazırlıqla məşğul olmağa başlayıb
İyulun 24-dən sonra “Turan Tovuz” da Boluda - toplanışda olacaq. Hazırda isə “Traktor”un “Turan Tovuz”la yoxlama oyunu keçirəcəyi ilə bağlı nə Tovuz, nə də Təbriz təmsilçisi hansısa rəsmi paylaşım edib.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta