Bakı. Trend:
2025-ci il 6–16 iyul tarixlərində Fransanın paytaxtı Parisşəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-cisessiyası keçirilir. Sessiyanın gündəliyinə uyğun olaraq, 11 iyultarixində Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiyafayllarının müzakirəsi aparılıb.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunmuş “QədimQəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və TəbiiKompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxiledilib.
Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsininsuayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya,Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu əraziTunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərəaid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.
Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarənAzərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm roloynamış, eramızın I əsrindən yazılı mənbələrdə adı çəkilən QədimQəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi,iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin ƏsasSiyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlərdavam etdiriləcəkdir.