AZ

Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir

Artıq dünya dördüncü sənaye inqilabına qədəm qoyub. Süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir.

Bu sözləri “Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: texnologiya və insan gücü” mövzusunda beynəlxalq forumda çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir vurğulayıb ki, bu çağırışlar ölkəmiz üçün də aktualdır: “Son illərdə bu istiqamətdə atılan addımlar - sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri - bu transformasiyanın bir hissəsidir”.

M.Cabbarovun sözlərinə görə, innovasiyaların sürətlə yaradılması və mənimsənilməsi üçün zəruri ekosistemin formalaşdırılması, o cümlədən yeni nəsil texnoloji həllərin tətbiqi nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədlərini daşıyan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb və hazırda hökumətdə baxılmadadır: “Bu təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək üçün Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırlanıb. Strategiya qlobal texnoloji trendləri və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir”.

Seçilən
60
vergiler.az

1Mənbələr