AZ

“Qırıq Ürək Sindromu”na DİQQƏT!

“Qırıq Ürək Sindromu’ olaraq bilinən Takotsubo Kardiyomiyopatiyası qəfil və güclü stress, kədər, həyəcan kimi emosiyalardan sonra ortaya çıxır və infarktla qarışdırıla bilən simptomlara səbəb olur” – deyə Doç. Dr. Ersin Sarıçam bildirib. Xüsusilə menopoz dövründən sonrakı qadınların risk altında olduğunu vurğulayan mütəxəssis, bu halda yorğunluq və sinə ağrısı kimi şikayətlərin artdığını və dərhal həkimə müraciət edilməsinin vacib olduğunu qeyd edib.

Bu barədə News24.az CNN Türk-ə istinadən  xəbər verir. 

Xəstəlik vaxtında aşkarlanmazsa qəfil ölümlə nəticələnə bilər, lakin erkən diaqnozla 3 aylıq müalicə prosesi ilə tam sağalma mümkündür. Müalicə adətən dərmanla aparılır, cərrahi müdaxilə tələb olunmur. Hədəf, qan axınının normallaşdırılması və ürəkdə ritm pozğunluğu kimi ağırlaşmaların qarşısının alınmasıdır.

Bu prosesdə xəstənin stress, panik və güclü emosiyalardan uzaq qalması çox önəmlidir. Əlavə olaraq, altda yatan psixoloji gərginliyin aradan qaldırılması üçün psixoloji dəstək tövsiyə olunur. Cəmiyyətdə stressin idarəsi ilə bağlı maarifləndirmənin artırılması, bu və oxşar ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Xeyrənsə Piriyeva


Seçilən
26
1
news24.az

2Mənbələr