BAKI, 11 iyul. TELEQRAF
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 19783 nikah və 8678 boşanma halları qeydə alınıb.
Dövlət Startistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,7-yə qədər artıb.
Boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.