AZ

Gənc idmançını atası güllələdi - FOTO

Dəhşətli hadisə iki ölkənin mediasında geniş şəkildə işıqlandırılıb

Gənclər kateqoriyasında mükafat qazanan hindistanlı tennisçi Radhika Yadav, atası tərəfindən güllələnərək həyatını itirib.

Sherg.az xəbər verir ki, 25 yaşlı Radhika Yadav, Hindistanın paytaxtı Dehlidəki evlərinin mətbəxində atası Dipak Yadav (49) tərəfindən silahla 5 güllə ilə vurulub. Güllələrdən 3-ü onun kürəyinə dəyib.

Qohumları tərəfindən qanlar içində tapılan gənc idmançı dərhal xəstəxanaya çatdırılsa da, hadisə yerində həyatını itirdiyi müəyyən edilib. Hadisə zamanı Radhikanın anası da evdə olub.

Dipak Yadav törətdiyi cinayəti etiraf edib və depressiyada olduğunu bildirib. Onun həbs olunduğu və cəzasının yaxın günlərdə müəyyənləşəcəyi açıqlanıb.
Hindistanda yüksələn uğurlu bir idmançı kimi tanınan Radhikanın qonşuları, ata və qız arasında maddi problemlər üzündən mübahisələrin olduğunu deyiblər.
Bu dəhşətli hadisə Hindistan və Böyük Britaniya mediasında geniş şəkildə işıqlandırılıb.


Seçilən
22
1
sherg.az

2Mənbələr