AZ

Selektiv abortların mədəni kökü: Problem ultrasəs cihazında yox, beyinlərimizdədir

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Cinsə görə abortlar sadəcə hüquqi yox, simvolik zorakılığın nəticəsidir

Bu zorakılıq cəmiyyətdə “qız uşağı dəyərsizdir” mesajı ilə başlayır

"Əhalinin sağlamlığı haqqında" qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir".

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş "Azərbaycanda gender əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları" mövzusunda ictimai müzakirə zamanı Gender balansı və qanunvericilik təşəbbüsləri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, 12-ci həftədən sonra isə yalnız tibbi göstəriş əsasında hamiləliyin sonlandırılmasına icazə verilir:

"Hüquqi baxımdan bu, mümkündür. Lakin abortlarla bağlı rəsmi statistikada selektiv abort ayrıca qeyd olunmur. Bu səbəbdən vəziyyəti oğlan və qız uşaqları arasındakı nisbət əsasında müəyyənləşdiririk".

A.Veysəlova əlavə edib ki, əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir:

"Ümid edirik ki, bu ilin payızında məsələ yenidən gündəmə gələcək və qanun layihəsi qəbul olunacaq".

Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirdi ki, Azərbaycanda oğlan övladına üstünlük verilməsi, sadəcə fərdi seçim deyil, çoxdanın tarixi və mədəni kodlarının məhsuludur:

“Bir çox patriarxal cəmiyyətlərdə olduğu kimi, bizdə də oğlan uşağı ailənin “adını yaşadan”, “varisinə sahib çıxan”, “ana-ataya baxan” obrazı kimi təqdim olunur. Qız uşağı isə təəssüf ki, tez-tez “yad evinə köçəcək olan müvəqqəti qonaq” kimi dəyərləndirilir. Selektiv abortların səbəbi sırf fərdi seçim deyil, sosial təzyiqdir. Ona görə, ailə daxilində bu tip qərarların təşəbbüskarının konkret “ata” ya da “ana” olduğunu demək sadəlövhlük olardı. Bu, əksinə, ailə institutunun kollektiv təzyiqidir. Xüsusilə nənə-baba nəslinin “ilk uşaq oğlan olsun” təkidi qadını ciddi psixoloji təzyiq altına salır və nəticədə qərar “razılaşma” kimi təqdim olunsa da, faktiki olaraq sistematik zorakılıq nəticəsində verilir. Qanunların qəbul edilməsi isə müəyyən rəmzi dəyər daşıyır, yəni dövlət bu məsələyə qarşı çıxdığını nümayiş etdirir. Amma cinsə görə abortlar sadəcə hüquqi yox, simvolik zorakılığın nəticəsidir. Bu zorakılıq cəmiyyətdə “qız uşağı dəyərsizdir” mesajı ilə başlayır. Yəni qanun olsa da, ailədə qız uşağına münasibət dəyişməyəcəksə, bu qanunlar “qadağa kağızı” olmaqdan o yana keçməyəcək. Əsl mübarizə qanunla yanaşı, mədəni transformasiya ilə aparılmalıdır. Uşaq “cinsinə görə yox, insani dəyərinə görə” dəyərli olmalıdır. Yoxsa, oğlanın üstün görülməsi cəhalət deyil, sistematik sosial tərbiyənin nəticəsi kimi davam edəcək. Yəni, qısaca desək, Yəni, qısaca desək, problem ultrasəs cihazında yox, beyinlərimizdədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
sherg.az

2Mənbələr