AZ

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Taksi çağırılan zaman sistemdə bir avtomobil görünür, ünvana isə başqa avtomobil və ya sürücü gəlir. Bu kimi hallarla qarşılaşmamaq üçün taksi sürücülərinin identifikasiyasına başlanılıb. Yəni, artıq taksi sürücüləri avtomobildə olarkən onlar SİMA tətbiqinin üztanıma funksiyası ilə yoxlanılacaq. Bu məqsədlə, ilkin olaraq böyük taksi şirkətlərinin mobil tətbiqlərinə SİMA texnologiyasının inteqrasiyasına başlanılıb. Bu texnologiyanın tətbiqi sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
119
50
icma.az

10Mənbələr